Yuxarı

Bakıda təhlükəli eynəklər: onları taxsanız... - Ekspert

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəşli günlərdə insanlar zərərli şüalardan qorunmaq üçün günəş eynəklərindən istifadə edirlər. Bakıda müxtəlif satış yerlərində, o cümlədən mağazalarda mənşəyi bəlli olmayan çox çeşiddə keyfiyyətsiz, saxta eynəklər satılır. Ucuzluqda uşaqlar üçün gün eynəyi 1-1,50 manat, böyüklər üçün 6-9 manatdan başlayır. Adi mağazalarda satılan günəş eynəklərinin qiyməti isə 6-25 manatdır. Keyfiyyətli günəş eynəklərinin qiyməti uşaqlar üçün 25 manatdan, böyüklərdə isə 35 manatdan başlayır. Bu gözlüklərin qiyməti eynəklərin dizaynından asılı olaraq dəyişir.

Narahatlıq doğuran məqam budur ki, ölkədə satılan eynəklər testdən keçirilmir.

Məsələ ilə bağlı Axar.az-a danışan oftamoloq Tünzalə Hadıyeva bildirib ki, gün eynəklərini apteklərdən almaq daha doğru olar:

“Aptekdə satılan gün eynəklərinin istehsalçısı bəllidir və sənədində alıcıya lazım olan bütün məlumatlar qeyd edilir. Eynəyin şüşəsinə görə orijinal olub-olmadığını aydınlaşdırmaq mümkündür. Orijinal eynəklər ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır.

Saxta eynəklər insanların gözünü qorumamağı bir yana, hətta ciddi ziyanlar da vura bilər. Elə saxta eynəklər var ki, gözlərimizə zərər vuran günəş şüalarını özlərinə çəkir. Keyfiyyətsiz eynəklər gözdə allergiya yaradır, qlakomanı artırır, heç bir xəstəliyi olmayan gözlərdə də xəstəliklərin yaranmasına səbəb olur”.

Tünzalə Hadıyeva qeyd edib ki, gözləri yağışdan, qardan və havadakı tozlardan qorumaq üçün istifadə olunan eynəklərlə günəş eynəklərini qarışdırmaq olmaz. Onlar gün eynəkləri kimi tam tutqun olmur və gözün buynuzlu qişasını qıcıqlandırmır.

Tarix
2018.04.26 / 08:15
Müəllif
Nərmin, Büllurə
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla