Yuxarı

Efirə daşınan ara həkimləri – Milli Məclisdə etiraz

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Efirə daşınan ara həkimləri – Milli Məclisdə etiraz

Bu gün efirlərdə ara həkimləri reklam edilir. Bir qadın var idi, 3 kiloluq balonla hər dəfə efirə çıxırdı.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili Azərbaycanda savadlı həkimlərin sayının kifayət qədər olduğunu vurğulayıb.

“Onlardan ikisi Milli Məclisdə təmsil olunur. Onların reklamına ehtiyac yoxdur. Lakin bu gün efirdə İrandan 5 günlük ölkəmizə gələn həkim reklam edilir. Telekanalların bunu gəlir əldə etmək məqsədilə etdiyi hər kəsə məlumdur. Artıq telekanallar şadlıq evləri, klinikalardan sonra mərasim zallarının da reklamına başlayıb”.

Millət vəkili bildirib ki, dediklərimiz burda qalmamalıdır:

“Bu gün biz burada danışırıq, axşam evdə ara həkimi reklam ediləcək. Nə qədər ara həkimləri efirdə reklam edilməlidir? Özümüz özümüzə hirslənməklə heç bir nəticə olmayacaq”.

Millət vəkili Musa Quliyev də çıxışında özəl telekanallarda dərman vasitələri, bioloji aktiv qida əlavələrinin yanlış reklam edildiyini vurğulayıb:

“Milli Televiziya və Radio Şurası bununla bağlı monitorinq aparmalı, bu barədə mətbuata açıqlama verməlidir. Bir çox özəl telekanallarda dərman vasitələri, bioloji aktiv qida əlavələrinin qeyri-sağlam reklamına yer verilir. Az qala televizya efirlərindən insanları müalicə edirlər. Elə həkimləri, müalicə üsullarını reklam edirlər ki, onu adi poliklinika şəraitində kənd həkimi də tətbiq edə bilər. Həmin reklamlardan belə təəssürat yaranır ki, sanki bütün bu problemlərin həlli bu telekanallar, həkimlərin əlindədir. Bu insanlara kim bu hüququ verib? İnsanların sağlamlığı milli təhlükəsizlik məsələsi Reklam Haqqında qanunda dəyişiklik edilməlidir ki, hər hansı müalicə üsulu, həkimin reklamına Səhiyyə Nazirliyi rəy verməlidir. Bu, zərərli nəticələrin qarşısını ala bilər. Xüsusən, bioloji aktiv əlavələrin reklamı daha təhlükəlidir. Bunlar baha qiymətə satılır. Bunlar yolverilməzdir. Milli Televiziya və Radio Şurası tədbir görməlidir”.

Tarix
2018.05.04 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla