Yuxarı

Bakıda xəstələr öz həkimlərini uddu - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda xəstələr öz həkimlərini uddu - Foto

Bu gün həkimlərlə orqan transplantasiyası keçirmiş xəstələr arasında donorlarla “donor ol, həyat bəxş et” layihəsi çərçivəsində futbol oyunu keçirilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri Mircəlal Kazimi deyib.

“Azfar" stadionunda keçirilən oyunda Neftçilər Xəstəxanasının həkimləri qara ciyər və böyrək köçürülmüş pasiyentlərlə rəqib komandalarda oynayıblar. Oyun zamanı xəstələr həkimlərə xal hesabı ilə qalib gəlib”.

Mircəlal Kazimi qeyd edib ki, bəzən əməliyyat olunan xəstələr düşünür ki, yatağa bağlı qalacaq:

“Lakin bu belə deyil. Bugünkü oyunda 11 həkim, 16 xəstə, eyni zamanda donorlar da iştirak edib. Bu oyunun məqsədi də məhz bunu sübut etməkdir. Göstərmək istərdik ki, onlar hətta futbol oynaya bilirlər. Xəstələrimizdən ikisi 2 il əvvəl İspaniyada orqan köçürülmüş xəstələr arasında keçirilən oyuna qatılıb. Onların hər ikisi bürünc medalla vətənə qayıdıb. Oyunu izləyən xəstə yaxınları bildriblər ki, əməliyyatdan sonra onlar normal həyata qayıdıblar. Onlardan bir neçəsi əvvəllər xarici ölkələrə müayinələrə getsələr də öz ölkələrində şəfa tapıblar. Onların hər biri bu gün müəyyən sektorlarda çalışır”.

Tarix
2018.05.04 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla