Yuxarı

Növbəti zəhərlənmə - AQTA-dan məlumat və xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bir sıra kütləvi informasiya vasitələrində qida zəhərlənmələri ilə bağlı heç bir araşdırma aparmadan, aidiyyəti qurumlar tərəfindən aparılan laborator müayinələrin nəticələrini gözləmədən yanlış məlumatların yayılması insanlar arasında çaşqınlığın yaranmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib. O bildirib ki, AQTA həmin saytları bu cür məlumatları yayarkən diqqətli olmağa, yalnız rəsmi araşdırmalara və lobarator müayinələrin nəticələrinə əsaslanmağa çağırır:

Ötən həftə Şəki və Qazax rayonlarında insanların səhhətində yaranmış problemləri yanlış olaraq qida zəhərlənməsi kimi təqdim edən bir sıra saytlar yenidən araşdırmaların nəticəsini gözləmədən Keşlə qəsəbəsində baş vermiş hadisənin qida zəhərlənməsi olması barədə gerçəkliyi əks etdirməyən, reallıqdan uzaq məlumatlar yayırlar.

Məlumat üçün bildiririk ki, 01.12.2018-ci il tarixində Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Ağayev küçəsi, ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənmə nəticəsində vəziyyətinin pisləşməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Bununla əlaqədər Agentliyin əməkdaşları tərəfindən Nizami rayon Məhkəmə-Tibbi Ekspertiza Birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılıb.

Həmçinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişməsi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilib.

Agentliyinin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzində aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunduğu məlum olub. İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürəkbulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksigen, terapiya və medikamentoz müalicə təyin edilib. Zərərçəkənlərdən götürülmüş qan nümunələrində dəm qazının miqdarının normadan artıq olması müəyyən edilib. Zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapıb”.

Tarix
2018.12.03 / 16:33
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla