Yuxarı

Deputat Vaqif Qələndərə təşəkkür etdi – Səbəb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat Vaqif Qələndərə təşəkkür etdi – Səbəb

Çox dəyərli həkim, sözün həqiqi mənasında peşəkar, dəyərli dostumuz tibb elmləri doktoru, professor Vaqif Qələndərə Tovuzdan olan gənc Xəyalı təmənnasız olaraq yüksək səviyyədə əməliyyat etdiyi, onu trombun, yəni hər an baş verə biləcək ölümün əlindən aldığı üçün çox təşəkkür edirik.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib.

“Xəyalın əlini əməliyyat edərək cəmi bir neçə saat içərisində möcüzəvi bir şəkildə onu sağlam vəziyyətinə qaytaran gözəl həkim qardaşımız var olsun. Əməliyyatdan dərhal sonra bu şad xəbəri mənə mesaj yazaraq göndərən Vaqif müəllimin arzularına qoşularaq əziz Xəyal qardaşımıza həyatında uğurlar diləyirik”, - deputat bildirib.

Professor Vaqif Qələndər xəstənin sol əlində anadangəlmə tromplaşmış venoz hemanqüoması, malformasiyası içində olan tromplar və venoz malformasiyasının tamamilə aradan qaldırıldığını bildirib:

“Hazırda şəkildə də göründüyü kimi xəstənin hər hansı problemi yoxdur. Xəstənin bu problemi son zamanlar artaraq əlində venoz durğunluq yaratmışdı. Bu vəziyyət davam etsəydi, xəstənin əlinin biləkdən kəsilməsinə gətirib çıxara bilərdi. Artıq xəstə bundan sonra işləyib, öz ailəsinə baxa bilər. Gənc oğlana bundan sonrakı həyatında uğurlar arzulayıram”.

Tarix
2019.02.08 / 14:29
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla