Yuxarı

Dünyanı düşündürən sual: Peyvənd vacibdirmi?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı peyvəndin vurulmasının vacib olduğunu bildirsə də, bir çox dünya ölkələrində bu vaksin hələ də birmənalı qəbul edilmir. Uzun illərdir Azərbaycanda da peyvəndlə bağlı müzakirələr gedir. Həkimlər, pediatrlar peyvəndi məsləhət görsələr də, bəzi valideynlər könüllü şəkildə bundan imtina edirlər.

İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levit uşaqlara peyvənd vurdurmağın heç bir faydası olmadığını iddia etmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2015-ci illər ərzində dünyada qızılcadan ölüm 79 faiz azalıb. Qızılcadan ölüm hallarının azalmasına səbəb isə vaksinasiya olub.

Difteriyaya qarşı peyvənd tətbiq olunana qədər dünyada hər il 1 milyon insan difteriya xəstəliyi keçirib və onlardan 60 mini ölüb. Difteriya peyvəndindən sonra isə ölüm halları kəskin aşağı düşüb.

SSRİ-nin dağılmasından sonra, 1990-1997-ci illərdə MDB məkanında 157 min insan difteriyadan vəfat edib. Səbəb isə imperiyanın dağılması ərəfəsində vaksinasiyanın aparılmaması olub.

Ötən ilin sonu və bu ilin əvvəllərindən başlayaraq, qonşu Gürcüstanda və ölkəmizdə bütün yaş təbəqələri arasında qızılca xəstəliyi kəskin yayıldı. Pediatrlar, həkimlər də xəstəliyə kəskin yoluxmanın vaksindən imtina ilə əlaqədar olduğunu bildirdilər.

Azərbaycanda da peyvəndə münasibət fərqlidir. Ölkənin baş pediatrı Nəsib Quliyev peyvənddən imtina etməyin böyük risk olduğunu deyib.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, peyvənd insanı xəstəlikdən qorumaq üçün yox, yüngül keçirmək, ağırlaşmalarla müşahidə edilməməsi üçündür:

“Bizdə kifayət qədər peyvəndsiz uşaq var. Səbəb isə valideynlərin peyvənddən imtina etməsidir. Bunun “faydasını” da indi, qızılca xəstəliyi yayılan zaman görürük.

Qızılca peyvəndinin əks-təsiri ölümə aparmır. Qızılca epidemiyası tarixdə 100 minlərlə insanın həyatına son qoyub. Peyvənd çıxdıqdan sonra vəziyyət stabilləşib. Lakin təəssüf ki, heç bir arqumentə dayanmadan “peyvənd olmaz” deyən böyük bir qrup yaranıb. Fakt budur ki, peyvənddən kənarda qalanların hamısı xəstələnir və körpə yaşlı uşaqlar ölür”.

Həkim qeyd edib ki, peyvənd olunan uşaqlarda göy öskürək müşahidə edilmir:

“Bir daha deyirəm, xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürür. Bu mənada uşaq 1 yaş 2 aylıq olanda mütləq qızılcaya qarşı peyvənd olunmalıdır”.

Tarix
2019.03.04 / 14:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla