Yuxarı

Diabet xəstələri üçün ideal səhər yeməyi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diabet xəstələri üçün ideal səhər yeməyi

Kanadanın Britaniya Kolumbiyası Universitetindən olan alimlər çox yağlı və az karbohidratlı səhər yeməyinin ikinci tip diabet xəstələrinə gün ərzində qlükoza səviyyəsini nəzarətdə saxlamağa imkan verəcəyini aydınlaşdırıb.

Azərtac xəbər verir ki, tədqiqatçılar könüllülərin üzərində iki günlük eksperiment keçirib. Onlara səhər yeməyinə birinci gün omlet, ikinci gün meyvəli yulaf yarması verilib. Nəzarət günlərində verilən digər yeməklər isə eyni olub. Eksperiment iştirakçılarının bədənlərinə quraşdırılan cihazlar hər 5 dəqiqədən bir qanda olan şəkər səviyyəsini qeydə alıb.

Sınaq zamanı yağlı və az karbohidratlı səhər yeməyi – omletin diabet xəstələrində qida qəbulundan sonra yaranan şəkər artmasının qarşısını almağa kömək etdiyi məlum olub. Bununla yanaşı, həmin effekt bütün gün ərzində müşahidə edilib. Bu nəticə alimlərin özü üçün də gözlənilməz olub.

“Biz hesab edirdik ki, maksimum 10 faiz karbohidratdan ibarət səhər yeməyi qanda şəkər artımının qarşısını alacaq, lakin qlükozanın ümumi nəzarət və sabitlik effekti bizim üçün gözlənilməz oldu. Az karbohidratlı və bol yağlı məhsulların rasiona daxil edilməsi böyrək, göz və damarlar üçün çox təhlükəli olan şəkər artmasından yayınmağın ən asan vasitəsi hesab edilə bilər”, - deyə tədqiqatın müəlliflərindən biri Conatan Littl bildirib.

Tarix
2019.04.13 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla