Yuxarı

Enerji içkisini nə vaxt içmək olar? – Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar ölkəmizdə fərqli adlarda enerji içkilərinin satışa çıxarılması və bu içkilərdən istifadənin sayının artması cəmiyyətdə həyəcana səbəb olub. Bəzi ziyalılar bu içkilərin insan orqanizminə zərərli olduğunu deyərək, satışının məhdudlaşdırılmasını tələb ediblər.

Cəmiyyətimizdə yaranan bu narahatlığı nəzərə alan Qida Təhlükəsizliyi Agentliyi bu gün “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” haqqında qərar qəbul edib.

60 gün sonra qüvvəyə minməsi nəzərdə tutulan qaydalarla bağlı Axar.az-a danışan agentliyin mətbuat katibi Aysel Fərziyeva bildirib ki, uzun müddətdir Qida Təhlükəsizliyi İnstitutunda enerji içkiləriylə bağlı elmi araşdırmalar aparılır:

“Bu araşdırmanın nəticəsi institutda fəaliyyət göstərən elmi komitəyə də təqdim olunub. Daha sonra isə istehsalçılar və idxalçılarla da bu məsələ müzakirə olunub. Bundan sonra “Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nın təsdiqlənməsinə dair qərar verilib. Əgər sözügedən qaydalar enerji içkilərinin hansındasa pozulsa, ya məhsulun satışına, ya da idxalına icazə verilməyəcək və sahibkarlar bağlı inzibati tədbirlər görüləcək”.

Enerji içkilərinin zərərləri barədə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirir ki, bu içkilərin Azərbaycanda sürətlə çoxalmasına səbəb korporativ maraqların artmasıdır:

“Dünyanın hər yerində hər hansı bir qida vaksional qəbul edilirsə, bir müddət sonra onun uzaq və yaxın nəticələri öyrənilir. Enerji içkilərinin ziyanı xeyrindən çoxdur. Bu içkilərin tərkibində kofein, taurin və digər tonuslandırıcı maddələr var və bu maddələrin həddən artıq qəbulu ürək fəaliyyəti üçün ciddi problemlər yaradır. Çünki ürək əzələsinə əlavə bir güc vermək, onu stimullaşdırmaq ürək əzələsinin resurslarını tükəndirə bilir. Ürəyin həddən çox döyünməsi ürəyi yorur, bu isə ürək əzələsinin probleminə gətirib çıxarır.

Enerji içkilərinin tərkibinin standartları olur. Ölkəmizdə satışa çıxarılan belə içkilərdə bu qaydalara nə qədər riayət olunması diqqətlə araşdırılmalıdır. Hesab edirəm ki, enerji içkilərinin əleyhinə təbliğat aparılmalıdır. Onun qəbul qaydaları və kimlərə zərərli təsirləri olmasıyla bağlı maarifləndirici kampaniyalar təşkil edilməlidir. Məktəb yaxınlığında olan kafe və mağazalarda bu içkilərin satışı qadağan olunmalıdır. Böyüməkdə olan orqanizm üçün bu içkilərin qəbul edilməsi qəti məqsədəuyğun deyil. İnsanlar yorğun olduğu zaman enerji içkisi içə bilər. Amma bundan da qabaq bu yorğunluğun səbəbi araşdırılmalıdır. Əgər tərkibindəki maddələr normadan artıq olmasa, enerji içkilərini həftədə bir dəfə qəbul etmək olar”.

Tarix
2019.06.19 / 13:05
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla