Yuxarı

Ana südünü artırmağın yolları... - Həkim məsləhəti

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ana südünü artırmağın yolları... - Həkim məsləhəti

Pediatrlarların məsləhətinə görə, yeni doğulan körpələrə ana südü verilməsi vacibdir. Lakin bir çox ana müəyyən səbəblərdən övladına süd verə bilmir. Bu səbəblərin başında südün olmaması və ya az olması, uşağın süddən doymaması gəlir.

Bəs körpəni ana südü kimi keyfiyyətli və olduqca vacib qidadan ayırmamaq üçün nə etmək lazımdır? Ana südünü artırmağın yolları varmı?

Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, ana südünü artırmağın ilk yolu ananın istəyindən keçir. Yəni bu, psixoloji haldır:

“Psixoloji olaraq ana buna hazır olmalı və övladına süd verməyi istəməlidir. Bundan əlavə kənardan da psixoloji dəstək verilməlidir. Ana stress keçirməməli, sıxıntılara düşməməli və daim sevgi dolu mühitdə olmalıdır. Əgər bunlar olmasa, süd qısa müddət ərzində azalacaq, hətta kəsiləcək.

İkinci önəmli faktor isə körpənin tez-tez əmizdirilməsidir. Bu zaman bütün sistem süd verməyə fokuslanır və bu da südü artırır. Üçüncü əhəmiyyətli səbəb isə bol miqdarda mayenin qəbuludur. Çox yeməyə ehtiyac yoxdur. Bəzən analar həddindən artıq çox yemək yeyirlər, amma südü ən çox artıran sudur, mayedir. Gündəlik 3 litr və mümkün olsa daha artıq maye qəbul olunmalıdır. Yemək isə orta miqdarda yeyilsə kifayət edir”.

Pediatr bildirib ki, körpəsi olan anaların qaydasında və sağlam qidalanması daha vacibdir:

“Bunlardan əlavə südartırıcı çaylar, bitkilər və dərmanlar da var, amma bunları çox da tövsiyə etmirik. Bəlkə də faydası ola bilər, amma isbatlanmış, elm tərəfindən faydası qəbul olunmuş şeylər deyil”.

Tarix
2019.07.06 / 15:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla