Yuxarı

Suyun inanılmaz faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suyun inanılmaz faydaları

Canlıların yaşaması üçün əsas vasitə hesab edilən su həyat mənbəyidir. Yer üzünün 75 faizini təşkil edən suyun yalnız 2,5 faizi təmizdir. İnsan səhhətində baş verən xəstəliklərin 80 faizi təmizlənməmiş suyun qəbulu nəticəsində baş verir.

Axar.az xəbər verir ki, həkim-fitoterapevt Ulduz Hüseynova suyun faydalı və mühüm keyfiyyətləri barədə danışarkən Azərtac-a deyib:

"Suyun tərkibində müxtəlif üzvi maddələr və az miqdarda radioaktiv şüalar var. Su həm də universal mühitdir. Susuz yaşamaq çətin prosesdir. İnsan yeməksiz 6 həftə dözə bildiyi halda, susuz cəmi 2-3 gün davam gətirə bilər. İnsan orqanizmində oksigendən sonra ikinci yeri tutan su qanın 92, beyinin 72, sümüklərin isə 22 faizini təşkil edir. Su yeganə nemətdir ki, bütün qida maddələri yalnız suda həll olunmuş halda qana və toxumalara keçir”.

O, daha sonra bildirib: “Qaynadılmış su ölü su sayılır, çünki mikroelementlərin parçalanması nəticəsində su öz faydasını itirir. Maqnezium duzu ilə zəngin olan su çox faydalıdır. Gecə boyu bədən hüceyrələri yenilənir, özünü bərpa edir. Ona görə də səhər yeməyindən əvvəl bir-iki stəkan su içmək toksiki maddələrdən xilas olmaq, metabolizmi gücləndirmək və xəstəliklərdən qorunmaq üçün ideal vasitədir. Hər səhər acqarına içilən 2 stəkan su dəriyə elastiklik verir, onu gərginlik və qocalmadan qoruyur, orqanların mayeyə olan ehtiyacını ödəyir, toxluq hissi verir. Həyat mənbəyi olan su yağ və enerji yandırmağa da kömək edir. Limfa vəziləri və bağırsaqları infeksiyalardan qoruyur. Qastrit və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün su ən yaxşı vasitədir”.

Tarix
2019.09.05 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla