Yuxarı

Turşu məhsullarını hansı halda yemək olmaz? - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turşu məhsullarını hansı halda yemək olmaz? - Video

Havalar soyuduqca, qış mövsümü yaxınlaşdıqca insanlar süfrələrdə turşu məhsullarından istifadə etməyə başlayırlar. Lakin bəzən bu turşu məhsulları zəhərlənmələrə, hətta ölümlərə də səbəb olur.

Məsələ ilə bağlı Axar.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, bütün konservləşmiş məhsullar texniki standartlara uyğun olmadığı halda zəhərlənməyə səbəb ola bilər:

“Bu hallar əsasən bağlı qablardakı turşuları yeyəndə baş verir. Botulizm botulatoksin ifraz edir ki, bu da turşuya qarışır və zəhərlənməyə səbəb olur. Hətta bəzi hallarda bu zəhərlənmə ölümə də səbəb ola bilər. Turşunun qapağı bağlanan zaman orada anaerob, yəni oksigensiz mühit yaranır. Açıq turşularda heç vaxt botulizm ola bilməz. Buna görə də xüsusilə ev şəraitində hazırlanmış konservləşmiş məhsullara diqqət edilməlidir”.

Həkim turşunun zəhərli olmasını göstərən halları da qeyd edib:

“Əgər turşunun qoyulduğu balonun qapağı şişib, suyu bulanıb, dadı da dəyişibsə, bu halda həmin turşu və ya konservləşmiş hər hansı məhsul ciddi zəhərlənməyə səbəb ola bilər. Yəni bu hallar aşkarlanarsa, qəti şəkildə həmin qidadan yemək olmaz. Amma təəssüf ki, bəzən insanlar bunun fərqinə varmır və çox ciddi problemlərlə üzləşir. Hətta təkcə ev şəraitində deyil, fabrik istehsalı olan məhsullarda da belə hallar aşkarlanarsa, həmin qidadan istifadə etmək çox təhlükəlidir”.

A.Qeybulla bildirib ki, gigiyenik qaydalara əməl olunmayan zaman da turşular zəhərlənməyə səbəb ola bilər:

“Bazarlarda plastik qablarda satılan turşular da zəhərlənməyə səbəb ola bilər. Plastik qabın bir neçə dəfə istifadə edilməsi, turşunun tərkibində olan maddənin qabın tərkibində olan zəhərli maddəyə qarışması zəhərlənməyə səbəb olur”.

Qeyd edək ki, dünən Şirvan şəhərində 1992-ci il təvəllüdlü Fətullayev Əli Əlisəfa oğlu sirkəyə qoyulmuş turşu yeyərkən zəhərlənib.

Vəziyyəti ağırlaşdığından o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Tarix
2019.09.14 / 11:49
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla