Yuxarı

İnsultdan necə qoruna bilərik?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsultdan necə qoruna bilərik?

İnsult - ölümə səbəb olmasına görə xərçəngdən və ürək xəstəliklərindən sonra üçüncü yerdə dayanır. Statistikaya görə, dünyada hər il 1 milyon insan insult olur. Sağalanların 50 faizində isə bu xəstəlik 5 il müddətində dəfələrlə geri qayıdır.

İnsult çox vaxt 60 yaşdan yuxarı olan qocalarda baş verir. Xəstəliyin diaqnozu, ciddiliyi onun inkişafından, gecikməsindən asılıdır. Maraqlıdır, bu xəstəliklə mübarizə üsulları varmı, hansı əlamətlər insult xəstəliyinin xəbərçisidir?

Axar.az xəbər verir ki, insultun 2 növü vardır: işemik və hemorragik. İşemik insulta “beyin infarktı” da deyilir.

İşemik insult 24 saatdan çox çəkən, nevroloji simptomların inkişafı ilə xarakterizə olunan xəstəlikdir. Hemorragik insult isə beyindaxili qansızma adlanır.

İnsultun yaranma səbəbi beyinin arterial damarın travmatik genezli olmayan partlaması və qanın beyinə axmasıdır. Bu zaman beyində qan dövranı kəskin pozulur.

İnsultun ilk simpromları

Bədənin hər hansısa bir hissəsində - sifət, əl və ayaqda əzələ zəifliyinin əmələ gəlməsi bu xəstəliyin ilk əlamətlərindəndir. Bundan başqa, qəfildən görmənin zəifləməsi və ya tamamilə yox olması, danışma qabiliyyətinin pozulması, baş gicəllənmədən, ayağa dura bilməməkdən şikayətlər, qəfildən güclü başağrısı başlaması, arterial təzyiqin düşməsi də bu xəstəliyin əlamətlərindəndir.

İnsult keçirən xəstənin sifəti qırmızı rəngə çalır, əlləri əsir, nəfəsalma çətinləşir, hərarəti yüksəlir. Həmçinin udma qabiliyyəti pozulur, qıcolma tutmaları başlayır, şüur pozulması baş verir.

İnsultun qarşısını almaq üçün nə etmək lazımdır?

Əgər arterial təzyiq varsa, gündə ən azı 2 dəfə onu yoxlatmaq lazımdır. Xəstə dərhal siqaret çəkməyi tərgitməli, spirtli içkidən imtina etməlidir. Yağlı yeməkləri az yemək, duzun miqdarını azaltmaq, çəkini normada saxlamaq lazımdır.

Özündə yuxarıda sadalanan əlamətlərdən heç olmasa birini hiss edən şəxs dərhal həkimə müraciət etməlidir.

Tarix
2019.09.29 / 01:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla