Yuxarı

Nazirlik yara tökən şəkər xəstəsini nəzarətə götürdü - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzində həkimlərin yanlış müalicəsi nəticəsində Göyçay şəhər sakini Kamran İslamovun vəziyyətinin ağırlaşması barədə xəbərlərə münasibət bildirilib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Axar.az-a verdiyi məlumata görə, xəstə 1964-cü il təvəllüdlü İslamov Kamran Səftər oğlu yanvarın 7-də Bakı Sağlamlıq Mərkəzinə 2 tip ağır diabet parkoma vəziyyətində daxil olub. Lakin ondan imtina edilməsi xəbəri yanlışdır:

"O, xəstəxanaya daxil olan kimi dərhal reanimasiyaya yerləşdirilib. Çünki xəstəxanaya gətiriləndə də vəziyyəti ağır olub. Onun bədənindəki ləkələr xroniki xəstəlikdən müalicə alan xəstələrdə müşahidə olunur. Yaralar dermatik toksiki allergiyanın təsirindən yaranıb. Buna səbəb uzun müddət dərman müalicəsi qəbul edilməsidir. Xəstə dermatoloq, hematoloq, toksikoloq tərəfindən müayinə edilib. Lakin diabet xəstələrində bu hallar müşahidə edilir. Hazırda xəstənin vəziyyəti stabil ağırdır. Reanimasiyada müalicəsini davam etdirir, Səhiyyə Naziri də xəstənin vəziyyətinə nəzarəti gücləndirib. Narahatlığa əsas yoxdur".

Qeyd edək ki, diabet xəstəsi Göyçay şəhər sakini Kamran İslamovun bədənindəki yaraların Bakı Sağlamlıq Mərkəzində yanlış iynə vurulmasından sonra yaradığı barədə Axar.az-a məlumat daxil olub. Xəbərdə mərkəzin xəstədən imtina etdiyi bildirilib.

Tarix
2015.01.22 / 20:16
Müəllif
Gülxar
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla