Yuxarı

İcbari tibbi sığortaya nələr daxildir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcbari tibbi sığortaya nələr daxildir?

İcbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən bildiriblər.

Rəsmi məlumata görə, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir:

"Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği və bu xidmətlərdən istifadə şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Agentlikdən həmçinin bildirilib ki, "Tibbi sığorta haqqında" Qanunun 15-4.1.2-ci maddəsinə əsasən sığortaolunanın Azərbaycan Respublikasında dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək hüququ var:

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var".

Qeyd edək ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə 1 yanvar 2020-ci ildən başlanılacaq.

Tarix
2019.11.17 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla