Yuxarı

Şok: 2500 il əvvəl uğurlu beyin əməliyyatı aparılırmış

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: 2500 il əvvəl uğurlu beyin əməliyyatı aparılırmış

Rusiyanın elm adamları 2500 il öncə yaşamış insanların kəllə sümüklərində araşdırma apararkən maraqlı nəticələr əldə ediblər.

Axar.az xəbər verir ki, Rusiya Arxeologiya və Etnoqrafiya İnstitutunun araşdırmaçıları Altay dağlarında tapılan və dövrümüzdən 2500 il əvvələ aid 3 beyin sümüyündə araşdırma aparıb. Məlum olub ki, qədim dövrlərdə həkimlər müvəffəqiyyətli beyin əməliyyatları keçiriblər. Həkimlərin sadə əl alətləri ilə əməliyyatı alimləri olduqca təəccübləndirib.

"Siberian Tayms" qəzetinə danışan beyin cərrahı Aleksey Krivoşapkin gördüklərindən çox təsirləndiyini və Altay insanlarının Hippokratın yaşadığı zamanlarda beyin xəstəliklərini təsbit edərək əməliyyat reallaşdırdığını deyib:

"İlk olaraq mikroskop altında aparılan araşdırmalar zamanı məlum oldu ki, antik beyin cərrahları kəllə sümüyünü açmaq üçün ilk olaraq iti alətlə sümüyün səthini kəsərək ardından dəqiq zərbələrlə dəlik açıblar".

Bu metod tapıldıqdan sonra həkimlər ayrıca bir qaranlıq məqamla üzləşib. Belə ki, tapılan alətin eynisi ilə müasir beyin sümüyünü açmağa çalışan həkimlər buna 28 dəqiqə zaman sərf edib. Lakin 2500 il öncə xəstənin 28 dəqiqə dözməsini təmin edən anesteziya növü qaranlıq qalır.

Tarix
2015.02.01 / 23:18
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla