Yuxarı

Uşağın beynini gücləndirən qidaların – Siyahısı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşağın beynini gücləndirən qidaların – Siyahısı

Alimlər hansı qidaların uşaq beynini güclü və yaxşı işlətdiyini açıqlayıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, onlar bir neçə elmi araşdırma ilə uşaqların beyninə hansı meyvə-tərəvəzin necə təsir etdiyini təyin ediblər. Məlum olub ki, əqli qabiliyyətlər üçün tərkibində çoxlu dəmir elementi olan qidalar lazımdır. Bir sözlə, dəmir defisiti yaşayan uşaqların ağıllı və dərrakəli olmasından söhbət gedə bilməz.

Tədqiqatda 1500 uşaq və yeniyetmə iştirak edib. Analizlər göstərib ki, kimin qanında hemoqlobin azdırsa, onlar zehni və məntiqi tapşırıqları edə bilməyib, diqqətini bir obyektdə cəmləməkdə çətinlik çəkiblər. Daha gec düşünür, daha zəif yaddaşları var.

Bu uşaqlara hər gün bu meyvə-tərəvəzdən ən azı 3-4-ü verilməlidir.

- Qoz, tumlar, toxumlar, nar, brüssel kələmi, ispanaq, göyərtilər, mərci, paxlalılar.

Xüsusən nar şirəsi içirin.

Amma nar şirəsini borucuq ilə içsinlər ki, diş emalını dağıtmasın.

Valideynlərə məsləhət görülür ki, uşaqda əqli inkişafda bir az gerilik, dərslərini öyrənməkdə çətinlik çəkdiklərini görsələr bu qidaları artırsınlar. Toxum və tumları çiy versinlər.

Bu hər hansı bir toxum ola bilər: balqabaq, günəbaxan, kətan, küncüt və s. Belə qidalanma 3 ay çəkməlidir, sonra fasilə.

Eləcə də uşaq əzgin, depressiv, az hərəkətlidirsə, deməli, qanda dəmir çatışmır.

Tarix
2020.02.14 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla