Yuxarı

Koronavirus qapımıza dirəndi: Ölkəmiz necə qorunur?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:03

İlk dəfə Çində qeydə alınan ölümcül koronavirus epidemiyasına yoluxma halı artıq İranda da qeydə alınıb. İlkin məlumata görə, İranda bu epidemiyaya yoluxmuş 3 nəfər dünyasını dəyişib. Məhz bu səbəbdən Küveyt Hava Yolları İrana aviauçuşları dayandırıb. Həmçinin İraq da Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsini bağlayıb.

Axar.az xəbər verir ki, hələlik Azərbaycanda koronavirusa yoluxma halı müşahidə edilməyib. Ancaq ölkə sərhədlərinə qədər gəlmiş bu ölümcül virusun Azərbaycana keçmə ehtimallarının yüksəlməsi haqlı olaraq narahatlığa səbəb olub. Bəs qapı qonşumuzda ölümə səbəb olan bu epidemiyanın qapının kandarından buraxmamaq üçün hansı tədbirlər görülür?

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, koronavirus yayıldığı gündən zəruri olan bütün tədbirlər görülüb.

“Hələ ötən aydan nazir Oqtay Şirəliyev koronavirusa qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə əmr imzalayıb. Əmrdə həmçinin xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb. Hələ ötən aydan koronavirus riski ilə bağlı Bakıda və regionlarda xəstəxanalarda ayrıca palatalar hazırlanıb. Yoluxma halı hansı ölkədə qeydə alınıbsa, həmin ölkə sərhədində tədbirlər daha da gücləndirilir”.

Dövlət Gömrük Komitəsindən isə saytımıza bildirilib ki, koronavirus yayıldığı gündən etibarən bütün gömrük-keçid məntəqələrində fasiləsiz olaraq lazımi tədbirlər və yoxlamalar aparılır:

“Komitə sədri də son müşavirəsində koronavirus epidemiyası ilə bağlı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən profilaktik tədbirlərin daha da gücləndirilməsinə dair konkret tapşırıqlar verib”.

Bakı-Tehran istiqamətləri üzrə aviauçuşların olduğunu nəzərə alaraq, AZAL-ın da müvəqqəti olaraq bu uçuşları dayandırıb-dayandırmayacağı ilə maraqlandıq. AZAL-dan bildirildi ki, bu barədə məlumat veriləcək.

Mövzunu şərh edən tibb üzrə professor Adil Qeybulla isə bildirib ki, epidemiyanın İranda da ölümə səbəb olması təhlükənin yaxında olduğunu göstərir:

“Hər bir ölkə belə ölümcül hesab edilən epidemiya təhlükəsinə qarşı özünü qorumaq üçün lazımi addımlar atmalıdır. Əgər artıq təhlükə ölkə sərhədlərinə qədər gəlibsə, daha da ehtiyatlı olmaq lazımdır”.

A.Qeybulla bildirib ki, Küveyt kimi biz də İrana olan təyyarə uçuşlarını müvəqqəti olaraq dayandırmalıyıq:

“Yaxşı olar ki, epidemiya təhlükəsinə qarşı bu addım atılsın. Çünki burada insan həyatından söhbət gedir. Həmçinin nəzərə almaq lazımdır ki, bizdə artıq respirator çatışmazlığından ölüm halları baş verir. Bu epidemiya yayılsa, nə olacaq bəs? Azərbaycan balaca ölkədir və burada da koronavirusun olması mümkündür. Xüsusilə İranda varsa, bu təhlükənin yaxın olduğunu göstərir”.

Ölkənin baş infeksionisti Cəlal İsayev isə bildirib ki, İranda bu virusdan 3 nəfərin dünyasını dəyişməsi epidemiyanın orada yayılması demək deyil:

“Xəstəlik İranda yayılmayıb axı. İrana Çindən gəlib və müalicələr nəticəsində müəyyən olunub ki, koronavirusa yoluxma halı baş verib, ölümə səbəb olub. Bu, o demək deyil ki, İranda yayılıb. İran artıq bu virusu lokallaşdırıb, orada artıq bu epidemiya yoxdur. İranda koronavirus Çindəki kimi epidemiya halını alsa, o zaman vəziyyət ciddi nəzarət altına alına bilər”.

C.İsayev bildirib ki, epidemiya təhlükəsinə qarşı İrana olan uçuşların dayandırılmasına, sərhədin bağlanmasına ehtiyac yoxdur.

Tarix
2020.02.21 / 13:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla