Yuxarı

Ürəklə əlaqəli öskürəyin əlaməti

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ürəklə əlaqəli öskürəyin əlaməti

Öskürək ürək tutması və hətta infarktöncəsi vəziyyətdən xəbər verə bilər. Hər öskürəyi soyuqdəymə, ağciyərlərlə əlaqələndirmək yanlışdır. Bu xəstələrin həyatını təhlükəyə atır.

Axar.az Medicina.az-a istinadən ürəklə əlaqəli öskürək tipini necə fərqləndirməyi təqdim edir.

Ürək tutmasının tipik olmayan formalarından biri də astmatik formadır. Bu zaman heç sinədə ağrı da olmur.

Davamlı öskürək, bu zaman çəhrayı rəngə çalan köpüklü bəlğəm xaric olur, təngnəfəslik, boğulma hissi olur. Xəstə dərindən nəfəs ala bilmir. Tez-tez səthi nəfəs alıb verir.

Horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir.

İnfarktdan bir həftə və bir neçə gün əvvəl daxildə bir soyuqluq, titrətmə hiss olunur.

Xəstələr bunu qrip, zökəm, ağciyərlərin soyuqlaması ilə səhv salır.

Belə ki, ağciyərləri qan və oksigenlə təmin edən əsas orqan ürəkdə problem olduğu üçün ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, öskürək baş verir.

Ona görə bir müddətdir astma kimi öskürək tutmaları olan şəxslər ürəyini də yoxlatmalı, xüsusən yaşlı kişilər, orta yaşlı insanlar, ürək problemi olanlar, nəsildə ürək infarktı olanlar öskürəyə "sadəcə öskürəkdir" deyib keçməməlidir.

Tarix
2020.02.22 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla