Yuxarı

15 ağır korona xəstəsinə immun plazma köçürüldü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 ağır korona xəstəsinə immun plazma köçürüldü

Yeni növ koronavirus çox sürətlə yayılan bir virusdur. Hazırda ölkəmizdə aparılan çox ciddi əksepidemik tədbirlərə baxmayaraq, bir çox insanın sanitar-gigiyenik qaydalara riayət etməməsi nəticəsində koronavirus xəstələrinin sayı artır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Axar.az-a verilən məlumata görə, koronavirus infeksiyası yaşlı, xüsusilə yanaşı xəstəliyi olan insanlarda daha aqressiv və ağır gedişatlı müşahidə edilir. Lakin gənclərdə də yanaşı xəstəliklər varsa, bu xəstəlik ağır gedişatlı olur və ya ölümlə nəticələnir. Virus əleyhinə aparılan müalicələr qeyd edilən şəxslərdə effektiv olmur.

Bütün dünyada ağır xəstələrə tətbiq edilən Konvalesent Plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir.

Artıq müxtəlif pandemiya xəstəxanalarında müalicə alan 15 ağır xəstəyə doqquz donordan alınan immun plazma ilə 21 dəfə Konvalesent Plazma infuziyası aparılıb. Mütəxəssislər tərəfindən dörd xəstədə müsbət dinamika, üç xəstədə isə yaxşılaşma müşahidə edilib. İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma hədiyyə edə bilərlər.

Tarix
2020.06.01 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla