Yuxarı

Qorunmağın yalnız bir yolu var – Rəşad Mahmudov

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qorunmağın yalnız bir yolu var – Rəşad Mahmudov

COVİD-19 yəqin ki, peyvənd və müalicə üsulları tapılana qədər hələ uzun müddət bizimlə birlikdə olacaq. Bu gün virusdan birdəfəlik qurtulmaq üçün dünya elminin əlində olan bilgilər yetərsizdir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib. Millət vəkili bildirib ki, koronavirusla əlaqədar olan suallara konkret cavablar yoxdur:

“Bu gün ən səmərəli müalicə forması sosial izolyasiyadır, ən səmərəli yol - verilən tövsiyələrə əməl etməkdir. Ən başlıcası isə bütün bunları həyat tərzi halına gətirməkdir. Düşünməyək ki, iki il bundan sonra bəzi qaydalar dəyişiləcək. Əlbəttə, gələcək nəslin nümayəndələri görüş və ünsiyyətdə indiyədək o qədər də fərqində olmadığımız bəzi formalardan imtina etsələr, daha çox təhlükəsizliyi təmin etmiş olarlar. Təkcə COVİD-19 deyil, ümumən xəstəxana infeksiyaları dünyada həmişə problem olub və mütəxəssislərin illərlə ən çox mübarizə apardığı bir məsələdir. Əlli il bundan əvvəl də belə olub və yüz il bundan sonra üçün də aktual olan bir həqiqət var. İnfeksiyalara yoluxmanın artmasına qarşı ən səmərəli yol əllərin yuyulması, gigiyenaya əməl edilməsi, təmizliyin və əl təmasının qorunmasıdır. Ona görə də biz hansısa əmr və cəzalandırma yolu ilə deyil, stressə girmədən bu qaydalarla yaşamağı öyrənməliyik”.

Tarix
2020.06.02 / 13:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla