Yuxarı

Testlər üçün poliklinikaya yalnız onlar müraciət edəcək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Testlər üçün poliklinikaya yalnız onlar müraciət edəcək

COVİD-19-dan şübhəli olan xəstələrin test analizlərinin götürülməsi üçün 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə deyil, poliklinikalara müraciət etməsi məsələsi yalnız Bakıya aiddir.

Axar.az xəbər verir ki, bunu COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupun üzvü Nabil Seyidov Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün ölkədə COVİD-19-a şübhəli olan xəstələrin test analizlərinin götürülməsi üçün poliklinikalara müraciət etməsinə ehtiyac yoxdur:

"Hazırda yalnız Bakı şəhərində poliklinikalar tərəfindən testlər aparılır. Bakıdan başqa digər bölgələrdə COVİD-19-la bağlı testlərin götürülməsi, pasiyentlərin müayinəsi əvvəlki qaydada həyata keçirilir. Həmin ərazilərdə testlərin götürülməsi ilə bağlı müraciətlər 103 və ya İcbari Tibbi Sığorta Agentliyinin COVİD-19-la bağlı yaratdığı 1542 "Qaynar xətti" vasitəsilə həyata keçirilir".

N.Seyidov qeyd edib ki, bölgələrdə mərkəzləşdirilmiş regional laboratoriyalar var. 103 tərəfindən və ya COVİD-19 üçün ayrılan xəstəxanalarda götürülən bütün analizlər həmin laboratoriyalara göndərilir və orada yoxlanılır.

Tarix
2020.07.03 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla