Yuxarı

Mutasiyalı virusun qarşısını necə almaq olar?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mutasiyalı virusun qarşısını necə almaq olar?

COVİD-19 virus infeksiyasının müxtəlif mutasiyaları var. Hazırda ən çox narahatlıq doğuran “Britaniya ştammı” da daxil olmaqla, üç variant mövcuddur: B.1.17, B.1.357 və P1 variantları. Həmin mutasiyalar virusun hüceyrəyə daxil olmasını asanlaşdıraraq virusların yoluxduruculuq qabiliyyətinin artmasına səbəb olur.

Axar.az xəbər verir ki, bunu həkim-infeksionist Mədinə Abdullayeva bildirib.

“Britaniya ştammı”na aid olan virusun yoluxduruculuğu 40 faiz artırdığı göstərilib. Həmin mutasiyalarla bağlı ölüm sayında artma olub-olmayacağı barədə çox böyük narahatlıq var. Təhlükəli cəhət ondan ibarətdir ki, hər üç mutasiyanın xəstəliyi keçirən və ya peyvənd olunanlarda əmələ gələn qoruyucu anticisimlərdən yayınaraq təkrar yoluxmağa səbəb ola biləcəyi güman edilir. Lakin bu, hələ tam dəqiqləşmiş məlumat deyil. Hər üç mutasiyanın meydana gəldiyi ölkələrdə virusun həmin variantı çox sürətlə yayıldı və dominantlıq təşkil etməyə başladı. Bu onu göstərir ki, vaxtında qarşısı alınmadıqda mutasiyaya uğramış virus sürətlə yayıla bilir. Məşhur bir həkimin dediyi kimi, bir virusun daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdır. Bu da yalnız qorunma qaydalarına riayət edərək və əhalinin sürətlə peyvənd olunması hesabına mümkündür”, - M.Abdullayeva qeyd edib.

Tarix
2021.02.03 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla