Yuxarı

Peyvəndlə bağlı saxta sənəd... - TƏBİB

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyvəndlə bağlı saxta sənəd... - TƏBİB

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, qurum yaydığı açıqlamada hər kəsi sözügedən neqativ hallardan çəkinməyə çağırıb.

Qeyd olunub ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün Azərbaycan dövləti ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkədə “Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir:

"Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir. TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur".

Tarix
2021.04.05 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla