Yuxarı

Həkim: Bu şəxslər maskadan azad oluna bilər - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkim: Bu şəxslər maskadan azad oluna bilər - Video

Vaksin olunmuş şəxs immunitet qazanır, virusa qarşı qorunmuş olur. İnfeksiyaya yoluxsa da, yüngül keçirir. Vaksin olunmuş şəxslər əlavə olaraq bir çox imtiyazlar qazanır.

Axar.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında pulmonoloq Eldar Zeynalov deyib. O bildirib ki, vaksin vurduran insanların daşıyıcı olmaq ehtimalı yoxdur:

“Vaksin olunmuş şəxslər gələcəkdə maskadan azad oluna və digər ölkələrə sərbəst gediş-gəlişləri təmin oluna bilər. Hökumət yenidən sərt rejimə keçməyə məcbur olsa, SMS-lə evdən çıxmaq və s. kimi məhdudiyyətlər onlara şamil olunmayacaq”.

Həkim qeyd edib ki, vaksinasiya prosesi hər ölkənin büdcəsinə uyğun aparılır:

“Bu, sadəcə büdcədən də asılı deyil. Ölkənin vaksinasiya siyasəti ilə bağlı apardığı danışıqlar da böyük rol oynayır. Azərbaycan vaksinlərin ölkəyə gətirilməsinə nail olan ilk ölkələrdəndir. Bu da danışıqların çox yüksək səviyyədə aparılmasının nəticəsidir. Həm də vaksinə ayrılmış investisiyanı ödəməyə Azərbaycanın gücü çatır. Ümumiyyətlə, Azərbaycanda vaksinasiya Avropanın öndə gedən ölkələri ilə eyni səviyyədədir. Vaksinlər ölkələrə müəyyən say və mərhələlərlə verilir. Bəzi ölkələrin maliyyə imkanları olsa da, vaksinin əldə edilməsi ilə bağlı problem yaşayırlar. Bu mənada Azərbaycan öncül ölkələr cərgəsindədir”.

Həkim əlavə edib ki, Azərbaycan sınaqdan keçmiş və effektivliyi sübut olunmuş vaksinlər alıb:

“Azərbaycan vaksinasiya ilə bağlı aparılan tədqiqatların nəticələrini gözlədi və ən az əlavə təsiri olan vaksinləri aldı. Virusun yarada biləcəyi fəsadlar vaksinin mənfi təsirlərindən qat-qat yüksəkdir. Vaksin vurulmalıdır ki, ölüm sayı azalsın. Azərbaycanın aldığı vaksinlərin fəsadı demək olar ki, yoxdur.

Kütləvi immunitetin yaranması və ya epidemiyanın Azərbaycanda başa çatmasını elan etmək üçün əhalinin 70 faizində antitellər yaranmalıdır. Buraya həm vaksin vurulmuş, həm də sağalmış insanlar daxildir. Artıq 40 yaşdan aşağı insanların da vaksinləşməsinə başlanılıb. Hesab edirəm ki, təxminən 2-3 ay sonra Azərbaycanda kollektiv immunitetin yaranması başa çatmalıdır”.

Tarix
2021.04.07 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla