Yuxarı

20 yaşdan yuxarı şəxslərdə koronaya yoluxma artır - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 yaşdan yuxarı şəxslərdə koronaya yoluxma artır - Həkim

20 yaşdan yuxarı şəxslər arasında virusa yoluxanlar artmaqdadır. Hazırda ölkədə aktiv pandemiya şəraiti və ya yüksək yoluxma əmsalı davam edir. Sevindirici hal odur ki, qarşıdan yay gəlir, artıq vətəndaşlar qapalı məkanlarda nisbətən az toplaşacaqlar. Bu faktor COVID-19 infeksiyasının yayılmasının qarşısını alacaq.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in eksperti, həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Həkim qeyd edib ki, insanlar arasında kontakt nə qədər az olarsa, yoluxma ehtimalı bir o qədər azalar:

“İsti hava şəraiti məhz bunun üçün əlverişli fürsətdir, eyni zamanda vurğulamaq istərdim ki, vaksin olunmuş şəxslər də vaksin olunmamış şəxslər qədər xəstəliyə yoluxa bilərlər. Lakin vaksin olunanlar virusu daha yüngül keçirəcəklər, xəstəxanaya yerləşdirilməkdən qurtulmuş olacaqlar.

Vaksinasiyadan təxminən bir ay sonra bədəndə antikorlar formalaşır, ikinci dozadan sonra xəstəliyə qarşı immunitet yaranır. Vaksinasiyanın uğurla aparılması bizim kollektiv immunitetə çatmağımız yolunda çox mühüm addımdır. Dünyada pandemiyaya qarşı vaksinasiyadan uğurlu addım yoxdur. Odur ki, insanlar bu məsələdə tədbirli davranmalıdır. Əgər peyvənd olunanlarla yoluxanların sayı ümumi əhalinin 70-75 faizini təşkil edərsə, o zaman koronavirus təhlükəsinin sovuşacağı və bəzi məhdudiyyətlərin aradan qalxacağı ehtimal olunur”.

Tarix
2021.04.23 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla