Yuxarı

Dönərdən yoluxa biləcəyiniz qurd - Exinokokk

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurd invaziyalarını yoxlatmaq bir qədər çətin, baha başa gələn prosesdir. Qanda qurd diaqnozu dəqiq qoyulmadığından insanlar nəcis analizi verməkdə maraqlı deyil, hətta qan analizi versələr belə, müxtəlif qurdlar üçün müxtəlif analizlər tələb olunur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Azərbaycan əhalisində, daha çox yaşlı insan və gənclərdə çox rast gəlinən qurdlardan ən təhlükəlisisi Exinokokk qurdudur. Exinokokkun müalicəsi yalnız cərrahi yolla olduğundan, pasiyent üçün ikiqat çətinlik və risk yaradır.

Exinokokk yaxşı bişməmiş ətdə, çiy ətdə, süd məhsullarında, yaxşı yuyulmamış qidalarda olur. Bir sözlə, qurdu olan heyvanın ətindən insana keçir. Tələbə və şagirdlər daha çox dönərdən yoluxur. Hazır yeməklər, kolbasa-sosis məmulatlarının hazırlandığı ətin mənşəyi də məlum deyil.

Exinokokk kənd və rayon sakinlərində də çox rast gəlinir. Bu da onların həyətdə mal-qara, ev heyvanları ilə təmasda olmasından, süd məhsullarını lazımi qədər bişirmədiklərindən, gigiyenik qaydalara tam əməl etmədiklərindən irəli gəlir.

Exinokokk daha çox böyük və yaşlı insanlarda rast gəlinir. Müalicəsi də yalnız cərrahi yolladır. Qurdun olduğu orqanda həmin hissə kəsilir. Qurd dalaq, qaraciyər, hətta beyində də ola bilir.

İlkin mərhələdə - sista formasında aşkar olunarsa, müalicə daha uğurlu olur.

Ümumiyyətlə, qurd xəstəliyi olan insanın bağırsaq mikroflorası pozulur, iştahsızlıq, disbakterioz, anemiya olur. Qurd hansı orqanı çox zədələyibsə, o orqanla bağlı əlamətlər verir. Amma hər əlaməti də qurda bağlamaq olmaz.

Qurd arıq-köklüyə baxmır. Kök insanda da qurdlar tapmaq olur. Bəzən qurd elə yerdə yerləşir ki, şikayət vermir, tapılması da çətindir.

Exinokokku USM müayinədə peşəkar həkim qaraciyərdə görə bilər. Eləcə də nəcis analizi, qan analizləri ilə diaqnoz dəqiqləşdirilir. Qurd və kistlər orqanda varsa, əməliyyatla götürülür. Onun dərman müalicəsi yoxdur.

Tarix
2021.07.28 / 02:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla