Yuxarı

Tibb bacılarına maşınını yuduzduran Baş həkim danışdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəli, o maşın mənimdir. Onu kiminsə yumasında qəbahətli heç nə yoxdur. Maşını yuyan xanımlar da tibb bacısı deyil, həmin xəstəxanada çalışan xadimələrdir".

Bu sözləri "Axar.az"a açıqlamasında fotodakı 90 KT 887 dövlət nömrə nişanlı "Toyota" markalı maşının sahibi olan Xətai rayonundakı 9 saylı Uşaq Poliklinikasının Baş həkimi Aida Qurban qızı Hüseynzadə dedi. O bildirdi ki, fotodakı xadimələr öz istəkləri ilə maşını yuyurlar:

"Onlar maşını öz arzuları ilə yuyurlar. Adları Nizar və Rozadır. Burda nə var ki?"

Baş həkim onu da dedi ki, fotodakı oğlan onun sürücüsü deyil:

"Mənim sürücüm yoxdur. Yaxşı sürücü olsa, götürərəm. Onu da deyim ki, özüm könüllü olaraq bir çox xeyriyyə tədbirlərində iştirak etmişəm. Həm də Yeni Azərbaycan Partiyasının Şura üzvü və YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvüyəm. Bu məsələni bu qədər şişirtməkləri anlaya bilmirəm".

Xatırladaq ki, gördüyünüz fotoşəkil sosial mediada böyük marağa səbəb olub. Sosial şəbəkədə əməkhaqlarının azlığından şikayətlənən tibb bacılarına Baş həkimin maşınını yuduzdurmaqla əlavə pul verməsi məsələsi müzakirə olunur.

Tarix
2014.01.28 / 14:26
Müəllif
İlqar Vəliyev, Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla