Yuxarı

Bu dadlandırıcı infarkta səbəb olur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dadlandırıcı infarkta səbəb olur

Alimlər "ksilitol" adlanan aşağı kalorili süni dadlandırıcının infarkt və insult yarada biləcəyini aşkar ediblər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə məlumat “European Heart Journal”da dərc olunan araşdırmada yer alıb.

Tədqiqatçılar 2004-2011-ci illərdə ürək xəstəliyindən müalicə olunan 1 157 xəstənin və ürək xəstəliyi riski yüksək olan 2 100 nəfərin qan nümunələrini araşdırıblar.

Tədqiqatçılar saqqız və diş pastası kimi bir çox məhsulda istifadə edilən süni dadlandırıcı olan ksilitolun qanın daha asan laxtalanmasına səbəb ola biləcəyini müəyyən ediblər. Onlar laxtalanmanın ürəyə çatdıqda infarkt, beyinə çatarsa, insultla nəticələnə biləcəyini vurğulayıblar.

Araşdırma qrupundan doktor Stenli Hezen CNN-ə açıqlamasında ksilitolun piylənmə və şəkərli diabet kimi xəstəlikləri olan insanlara alternativ dadlandırıcı olaraq verildiyinə diqqət çəkib. O, bunun ölümcül nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.

Həkim ksilitol üçün aparılan araşdırmaların nəticələrinin eritritola bənzədiyini vurğulayıb.

O, ürək xəstəliyi riski olan insanların qanında yüksək miqdarda ksilitolun olmasının bu xəstəliklərdən əziyyət çəkmə riskini iki dəfə artırdığını vurğulayıb.

Stenli Hezen şəkərin qlükoza səviyyəsini 10-20 faiz artırmasının normal olduğunu, lakin sağlam könüllülərə tərkibində ksilitol olan içkilər verildikdə onların qlükoza səviyyəsinin 1000 dəfə artdığını diqqətə çatdırıb.

Xatırladaq ki, 2023-cü ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) süni dadlandırıcılardan biri olan aspartamı insanlar üçün "mümkün kanserogen" kimi təsnif edib. Lakin onun gündəlik qəbul həddinin aşılmadığı müddətcə istifadəsinin təhlükəsiz olduğu açıqlanıb.

Tarix
2024.06.10 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla