Yuxarı

"Dietoloq"ların bu zərərli məsləhətinə əməl etməyin!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dietoloq"ların bu zərərli məsləhətinə əməl etməyin!

Gün keçdikcə sosial şəbəkələrdə peyda olan dietoloqların, qidalanma üzrə mütəxəssislərin də sayı artır. Təəssüf ki, onların məsləhətləri insanlara kömək etməkdən daha çox zərər verə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Qida Sistemləri üzrə Federal Elmi Mərkəzinin direktoru Oksana Kuznetsova bildirib.

“Sosial şəbəkələrdə dırnaqarası dietoloqların tez-tez verdiyi məsləhətlərdən biri çiy qida pəhrizidir. Ancaq yalnız bişməmiş, bitki mənşəli qidaları yeməməlisiniz. Pəhriz balanslı olmalıdır”, - o deyib.

Mütəxəssis qeyd edib ki, populyarlıq baxımından ikinci yerdəki pis məsləhət ətdən imtina etməkdir: “Ətdə orqanizm üçün lazım olan bir çox komponent var.

Üçüncü yerdə müxtəlif, qeyri-adi pəhrizlər və elmi tərəfi olmayan qidalanma rejimləri durur. Pəhrizinizi kəskin şəkildə dəyişdirməzdən əvvəl qan verməli, orqanizmdə hansı elementlərin çatışmadığını başa düşməli və bundan sonra qidalanma rejiminizi qurmalısınız. Bir çox insan blogerləri dinləyərək radikal pəhrizlərə davam edir və bədənlərinə zərər verirlər”.

Onun sözlərinə görə, indi məşhur olan bir fikirlərdən biri də budur:

“Pəhrizdən sonra enerji və yüngüllük varsa, deməli, hər şey qaydasındadır" fikri geniş yayılıb. Halbuki əslində bədən sadəcə səfərbər olur və son gücünü vəziyyəti normada saxlamağa sərf edir”.

Mütəxəssis həmçinin zülallara və ya yağlara, eləcə də karbohidratlara radikal keçidlərdən çəkinməyi tövsiyə edib:

“Soya və ya küncüt kimi bir çox komponentin böyük miqdarda istehlakı orqanizm üçün zərərlidir. Bir çay qaşığı küncüt toxumundan artıq yeyə bilməzsiniz, əks halda bədənə zərər verəcəksiniz. Lakin bir çox insan bu barədə bilmir və bu məhsulları hər yeməyə əlavə edirlər”.

Tarix
2024.07.24 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla