Yuxarı

Xalq artistinin səhhəti pisləşib

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistinin səhhəti pisləşib

"Müalicəm davam edir. Artıq iki gündü Türkiyədən kimyaterapiyadan dönmüşəm. Özümü yaxı hiss etmirəm".

Bunu APA TV-yə səhhəti ilə bağlı məlumat verən məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib.

Onun sözlərinə görə, səhhətində ümumi zəiflik var. Bu isə son müalicənin nəticəsidir. Xalq artisti bildirib ki, hələ müalicəsi gedir. İki gündür Bakıya qayıdıb. Səsi hələ düzəlməyib. Həkimlər bunun kimyaterapiyanın nəticəsi olduğunu deyirlər. Müalicəsi ağır keçir. Hələ ki, 1 dəfə kimyaterapiya qəbul edib, 3 kurs isə qalıb. Hər 21 gündən bir mütləq kimyaterapiyadan keçməlidir.

Rafiq Hüseynov deyir ki, müalicəsini davam etdirmək üçün təxminən 20 gündən sonra yenidən Türkiyəyə gedəcək.

Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

Tarix
2014.02.17 / 01:54
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla