Yuxarı

Qazaxıstan qızıl fondu oğurlanıb, sonra yandırılıb?

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan qızıl fondu oğurlanıb, sonra yandırılıb?

Qazaxıstan kinosunun qızıl fondunun yandırılması yalandır.

Bunu Kult.az-a açıqlamasında kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

“Əvvəla, fond yandırılmayıb. İğtişaşlar üçün pul lazımdır. Maddiyyatsız heç nə olmur. And içib, Qurana əl basaram ki, Qazaxıstan kinosunun qızıl fondu əvvəlcə çapılıb-talanıb, sonra yandırılıb. Bu, oğruların qanunudur. Oğrular özlərindən sonra hər şeyi yandırıb arxalarında iz qoymurlar. Hər bir xalq öz tarixi ilə yaşayır. Ən əsas ideoloji təxribat bir millətin tarixi-mədəni, milli-mənəvi dəyərlərini məhv etməkdən ibarətdir. Hər zaman türkə maddi-mənəvi ziyan vurublar. Həmin maddi dəyərlərin hesabına bugünkü olaylar maliyyələşdirilir”.

Kinorejissor Tahir Tahiroviç isə saytımıza bildirib ki, tarix boyu iğtişaşlar zamanı bu cür hadisələr qaçılmaz olub:

“İnsanların bu cür qiyamlar zamanı gözləri bağlanır. Təkcə kino fondunu deyil, bankları da yağmalayır, heykəlləri dağıdırlar. Təbii ki, kinorejissor olaraq mənim üçün kino fondunun yandırılması ən faciəvi hadisədir. Kinematoqrafiyanın qızıl fondu bir millətin, dövlətin mədəniyyət, tarix fondudur. Bu tarixin, mədəniyyətin yandırılması, məhv edilməsi millətə sağalmaz yara vurur”.

P.S. “Qazaxfilm” iğtişaşlar zamanı qızıl fondun yandırılması ilə bağlı məlumatları bu dəqiqələrdə təkzib etdi.

Tarix
2022.01.07 / 16:47
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla