Yuxarı

Türk rejissor Şuşa haqqında film çəkəcək

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk rejissor Şuşa haqqında film çəkəcək

Nizami Kino Mərkəzində türkiyəli rejissor Səlahəddin Sancaqlı, aktyor Ərtoğrul Şakar, prodüser Yalçın Çoban və “Eslem Film”in rəhbəri Mətin Yücelin iştirakı ilə mətbuat konfransı baş tutub.

Kult.az Teleqraf.com-a istinadən xəbər verir ki, rejissor Səlahəddin Sancaqlı Azərbaycanda Qarabağ müharibəsindən bəhs edən film çəkəcəyini açıqlayıb:

"Şuşa ilə bağlı film çəkəcəyik. Film cənab Prezident İlham Əliyevin "Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq" fikri ilə başlayacaq. Qarabağda şəhid olan bütün şəhidlərimizə Allah rəhmət etsin. Filmlə bağlı görüşlərimiz baş tutub. Ssenari hazırdır, filmi iyul-avqust aylarında başlamağı düşünürük".

Aktyor Ərtoğrul Şakar Şuşa haqqında çəkilən filmdə rol alacağını açıqlayıb: "Filmdə türk və Azərbaycan aktyorları olacaq. Ekran əsərində Türkiyənin ən tanınmış aktyorları iştirak edəcəklər. Film Qarabağ müharibəsi zamanı Şuşada baş verən hadisələrə həsr ediləcək".

Prodüser Yalçın Çoban isə deyib ki, Qarabağ haqqına filmi "Eslem Film" tərəfindən çəkiləcək:

"Bakıda ikinci işimizi təqdim edəcəyik. 22 ildir bu sahədə çalışırıq və gördüyümüz işlər ortadadır".

Tarix
2022.02.10 / 22:06
Müəllif
Kult.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla