Yuxarı

Putinin kaskadyor kimi rol aldığı filmlər - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin kaskadyor kimi rol aldığı filmlər - Video

1970-ci illərdə Vladimir Putin “Lenfilm”in bir neçə filmində kaskadyor kimi çəkilib.

Kult.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası V.Putinin çəkiliş meydançasındakı həmkarlarına istinadən xəbər yayıblar.

Gələcək prezident məşqçi Anatoli Raxlinin sambo (sonradan cüdo) seksiyasında tanış olduğu dostu Arkadi Rotenberqlə filmlərdə rol alıb. Onlar hər ikisi idman ustası olub və yarışlarda birgə iştirak ediblər.

1950-ci illərdə güləşçi – Anatoli Raxlinin məşqçisi Aleksandr Massarski “Lenfilm”də tryuk çəkilişləri üzrə məsləhətçi təyin olunur. Anatoli Raxlin sonradan Putinin məşqçisi və “Turbostroitel” klubunun seksiyasının rəhbəri olur. “Lenfilm”də tamhüquqlu kaskadyorlar komandası olmadığı üçün çəkilişlərə idmançılar cəlb olunub. Belə ki, Raxlin “Prezidentin senseyi” adlı bioqrafiyasında yüzdən çox filmdə oynadığını yazıb.

Rotenberq “İjor alayı” filmində ikinci dərəcəli rol almağa nail olur. Çəkilişin iştirakçısı Pyotr Tarxanovun sözlərinə görə, o, müdafiəni tutan sadə İjor fəhləsi rolunu oynayıb. Həmin filmdə Putinin digər tanışı, Dövlət Dumasının keçmiş deputatı, Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov da rol alıb.

Şestakov bildirib ki, Putin “İjor alayı”nın çəkilişlərində kaskadyor kimi iştirak edib. “Biz onunla “Blokada” və “İjor alayı”nda rol aldıq”, - deyə Şestakov bildirib. Onun sözlərinə görə, hər ikisinin iştirak etdiyi üçüncü film də var, lakin adını xatırlaya bilmir.

“Kiminlə oynamaq bizim üçün fərq etmirdi”, - deyə Şestakov bildirib. “Həmin vaxt bunun üçün bizə çox yaxşı pul verilirdi. Biz tələbə idik, amma məsələn, “Qafqaz” restoranına gedə bilirdik. Əgər mənim aylıq mühəndis maaşım 110 rubl idisə, çəkiliş günü üçün 75 rubl alırdım. Yəni bu qədər cəlbedici pul idi”, - Şestakov əlavə edib.

Digər keçmiş güləşçi Nikolay Vaşilin də Putinin “Lenfilm”də kaskadyor olduğunu təsdiqləyib. Vaşilin də Raxlinlə məşğul olub, sonra studiyada tryuklar üzrə quruluşçu olub (xüsusən də “D'Artanyan və üç muşketyor” filmində).

“Onları “Blokada” epopeyası kimi çəkilişlərə çağırmışdılar. Vilayət partiya komitəsinin 10 min nəfərlik kütləni təmin etməklə bağlı əmri var idi. Və bütün tələbələr, hərbi məktəblər, idman cəmiyyətləri insanları xüsusi sığınacağa gətirilirdi. Sadəcə kütləvi səhnəyə görə hərəyə 3 rubl, bizə isə bir çəkiliş günü üçün 10 rubl ödəyirdilər. Buna görə də biz bunu çox sevməyə başladıq”, - deyə Vaşilin bildirib.

Tarix
2022.05.31 / 22:47
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla