Yuxarı

Fatih Akın yeni film çəkməyə başladı - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fatih Akın yeni film çəkməyə başladı - Foto

Qızıl Ayı mükafatlı türk rejissor Fatih Akın yeni filmin çəkilişinə başladığını elan edib.

Axar.az xəbər verir ki, sonuncu dəfə "Kəsik" filmini nümayiş etdirən rejissor bu dəfə Almaniyanın məşhur kitablarından olan Volfqanq Herndorfsun "Tşik" romanını ekranlaşdıracaq.

30 ölkədə çap edilən, 2 milyon tirajdan çox satılan romandan təsirlənən film 14 yaşlı Maykdan bəhs edir. Berlində kasıb həyat yaşayan, lakin varlı ailədə böyüyən Maykın anası yay tətilində reabilitasiya mərkəzinə aparılır. Atası gənc assistentini qəfil çıxan iş gəzintisinə aparacağını bəhanə edərək gözdən itir. Evdə tək qalan Mayk vaxtının çoxunu hovuzda keçirərkən məktəb yoldaşı rus miqrantı Tşik onun evinə oğurladığı maşınla gəlir. Birlikdə yola çıxan uşaqlar plansız şəkildə macəranın içinə atılırlar.

Mayk obrazını Tristan Göbel adlı aktyor canlandıracaq. Tşik obrazını oynayacaq aktyor isə əvvəllər aktyorluq təcrübəsi olmayan Anand Batbileq adlı gəncdir. Filmin prodüseri Marko Melitsdir. Filmin premyerası isə 15 sentyabr 2016-cı ildə olacaq.

Tarix
2015.10.27 / 01:54
Müəllif
Nurlan Babazadə
Digər xəbərlər

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla