Yuxarı

Bizim kino günləri başlayır – Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizim kino günləri başlayır – Foto

Noyabrın 20-də saat 10:00-da Nizami Kino Mərkəzində "Bizim kino günləri - Audiovizual Məkanda Peşəkarlıq" adlı tədbir keçiriləcək.

Axar.az xəbər verir ki, bu tarixdən etibarən, "Azərbaycanfilm" kinostudiyasında son zamanlar çəkilən filmlər "Nizami Kino Mərkəzi", "Park Sinema" və "28 Sinema" kinoteatrlarında nümayiş etdiriləcək.

Noyabrın 20-də baş tutacaq görüş bu tədbirin yalnız birinci mərhələsidir. İlk nümayiş rejissor Asif Rüstəmovun "Axınla aşağı" bədii filminə baxışla başlayacaq. Müzakirələr "Azərbaycan kinematoqrafiyasında ailə dəyərləri" mövzusunu əhatə edəcək. Tədbirin növbəti mərhələlərində daha üç görüş və müvafiq mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirəcəyi "Bizim Kino Günləri – Audiovizual Məkanda Peşəkarlıq" adlanan tədbir Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr olunur. Layihənin ideya müəllifi, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov müasir Azərbaycan kino sənayesinin hazırkı mənzərəsi haqqında toplaşanlara məlumat verəcək.

Tədbirə kino ictimaiyyəti, nümayiş olunacaq filmin yaradıcı heyəti və media nümayəndələri dəvətlidir.

Tarix
2015.11.18 / 17:52
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla