Yuxarı

Toppuş bacı və Keyxanımın başına nə gələcək?

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toppuş bacı və Keyxanımın başına nə gələcək?

"Keyxanım-Toppuş bacı" tandemi kimi tanıdığımız Ülviyyə və Tünzalə Əliyevalar yeni seriala çəkilir.

Azərbaycan Dövlət Musiqili Teatrından Axar.az-a verilən məlumata görə, yeni serial "Əntiqə rəfiqələr" adlanır. Serialda iki əsas qəhrəman var. Onlardan birini Ülviyyə Əliyeva, digərini isə əməkdar artisti Tünzalə Əliyeva canlandırır. Aktrisa Ülviyyə Əliyeva filmin maraqla qarşılanacağına inandığını deyib:

"Tünzalə Əliyeva ilə birlikdə ilk müstəqil işimizdir. Yəni birinci dəfədir ki, biz heç bir televiziyanın, prodakşnın, komandanın tərkibində olmadan, müstəqil şəkildə bir iş ərsəyə gətirməyə çalışmışıq. Elə "Əntiqə rəfiqələr"in ideyası da Tünzalə xanıma məxsusdur. Serialda əsasən iki rəfiqənin başına gələn maraqlı, gözlənilməz, komik situasiyalarla dolu əhvalatlar baş verir. Ümid edirik ki, bizim bu yeni işimiz də sevimli tamaşaçılarımızın rəğbətini qazanacaq".

Qeyd edək ki, ailə-məişət mövzusundan bəhs edən "Əntiqə rəfiqələr"in quruluşçu-rejissoru Xamis Ağcayevdir.

Tarix
2015.12.08 / 18:42
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla