Yuxarı

Ceyhun Bayramov Stiven Dauti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov Stiven Dauti ilə görüşdü

Azərbaycan və Birləşmiş Krallığın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, bağlantılar, iqlim dəyişmələri və ətraf mühit, humanitar, təhsil sahələri üzrə əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində təşəbbüskarı və əsas icraçısı olduğu nəhəng layihələrlə bu istiqamətdə etibarlı tərəfdaş olduğunu sübuta yetirdiyi qeyd edilib, ənənəvi enerji növləri üzrə əməkdaşlığın bu müsbət dinamikasının alternativ enerji mənbələrinin inkişafı istiqamətində davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu istiqamətdə, SOCAR və BP şirkətləri arasında bərpaolunan enerji üzrə əməkdaşlığın qurulmasının təqdirəlayiq olduğu vurğulanıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Birləşmiş Krallığın sessiyada Baş nazir və heyəti tərəfindən aktiv iştirak və töhfələri məmnunluqla qeyd edilib.

Təhsil sahəsi üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər, ali təhsil müəssisələri arasında yeni tərəfdaşlıqların qurulması, habelə dövlət proqramlarının əhəmiyyəti və bu sahədə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.

2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, habelə ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının sülh prosesi çərçivəsində əldə olunmuş əhəmiyyətli nailiyyətlərdən biri olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Birləşmiş Krallığın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr təşkil olunub. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Birləşmiş Krallıq tərəfindən isə Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti rəhbərlik edib.

Tarix
2025.08.25 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...

Minsk qrupunu buna görə bağladıq - Valtonen

Bayramov Vyanada mühüm iclasda iştirak edir

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla