Yuxarı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

Prezident İlham Əliyev oktyabrın 16-da Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlət başçısı Tirana və Kopenhagendə Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirib. Prezident İlham Əliyev Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin son dinamikasını vurğulayaraq bir il ərzində Avropa Birliyinin komissarının Azərbaycana səfərinə toxunub.

Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Avropa Birliyinin ölkədəki nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziç Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğulayıb.

O, Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxunub, Avropa Birliyinin regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd edib.

Mariyana Kuyundziç Avropa Birliyinin ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirib.

Görüşdə Azərbaycan-Avropa Birliyi əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tarix
2025.10.16 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla