Yuxarı

Bayramov Tayani ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Tayani ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan–İtaliya strateji tərəfdaşlığının yüksək səviyyədə inkişaf etdiyi məmnunluqla qeyd olunub və ikitərəfli münasibətlərin genişlənməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.

Nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin ötən il İtaliyaya səfərinin, İtaliya Prezidenti Sercio Mattarellanın cari ilin sentyabr ayında Azərbaycana rəsmi səfərinin iki ölkə arasında siyasi dialoqu daha da gücləndirdiyini xüsusi qeyd ediblər.

Bununla yanaşı, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin COP-29-da iştirakı, liderlər arasında müntəzəm görüşlər məmnunluqla xatırlanıb.

İtaliya Prezidenti Mattarellanın ölkəmizə səfəri çərçivəsində İtaliya–Azərbaycan Universitetinin yeni binasının açılışının yüksək əhəmiyyət daşıdığı, təhsil sahəsində əməkdaşlığın strateji tərəfdaşlığımızın vacib sütunlarından birinə çevrildiyi bildirilib.

Nazirlər enerji, iqtisadiyyat, ticarət, nəqliyyat, mədəniyyət, təhsil və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanları nəzərdən keçiriblər.

İki ölkə arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti vurğulanaraq, bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrin Avropanın enerji təminatının etibarlılığında vacib rol oynadığı diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesi, regionda sülh və sabitlik təşəbbüsləri, 8 avqust 2025-ci il tarixli Vaşinqton Birgə Bəyannaməsinin tarixi əhəmiyyəti və əldə olunmuş razılaşmalar haqqında həmkarına məlumat verib.

İtaliya şirkətlərinin azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işlərində yaxından iştirak etməsi məmnunluqla qeyd edilib.

Azərbaycan ilə İtaliya arasında beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Növbəti ilə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycanla İtaliya arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.11.27 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla