Yuxarı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan regionda (Cənubi Qafqaz - red.) Böyük Britaniyanın ən dəyərli tərəfdaşlarından biridir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays bildirib.

"Azərbaycan Böyük Britaniyanın regiondakı ən dəyərli tərəfdaşlarından biridir. Burada gördüklərim məni çox ruhlandırdı və əminəm ki, Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı gələcək illərdə də inkişaf edəcək", - o deyib.

O qeyd edib ki, son günlərdə ölkənin şərqindən - Xəzər dənizi sahilindən qərbdəki Naxçıvana qədər səfər edib və bu müddət ərzində Prezident İlham Əliyev, nazirlik rəhbərləri və hökumət əməkdaşları ilə görüşlər keçirib:

"Biz hamımız Britaniya ilə Azərbaycan arasında iqtisadiyyatın bir çox əsas sektorlarında tərəfdaşlığı dərinləşdirmək istəyini bölüşürük. Mən iqtisadi əlaqələrin onilliklərinə əsaslanaraq və onların hüdudlarından kənara çıxaraq, eləcə də əməkdaşlığımızı bir-birimizdən öyrənərək strateji tərəfdaşlıq səviyyəsinə qədər dərinləşdirməyimizdən qürur duyuram".

Ticarət elçisi vurğulayıb ki, tərəflər "təmiz enerji", Orta Dəhlizin infrastrukturu, iqtisadiyyatın diversifikasiyası və təhsil sahələrində bir sıra birgə layihələr üzərində çalışırlar:

"Bu səfər mənə göstərdi ki, strateji tərəfdaş kimi birlikdə daha çox nailiyyətlər əldə edə bilərik".

Tarix
2025.12.16 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla