Yuxarı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilən razılaşmaların həyata keçirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü baş tutub.

Axar.az xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin müavininin köməkçisi Sonata Koulter iki ölkə arasında fəal inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər.

Kostanyan ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olması işində əhəmiyyətli dəstəyini vurğulayıb və Ermənistanın 8 avqust 2025-ci il tarixində imzalanan anlaşma memorandumlarının icrasında maraqlı olduğunu təsdiqləyib. Görüşdə TRIPP layihəsi çərçivəsində gələcək addımlar, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlıq, həmçinin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa toxunulub.

Tərəflər əldə edilən razılaşmalar üzrə əhəmiyyətli irəliləyişi qeyd ediblər və məqsədlərin qısa müddətdə həyata keçirilməsi üçün müzakirələri davam etdirməyi qərara alıblar.

Tarix
2025.12.18 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla