Yuxarı

Bayramov monteneqrolu həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov monteneqrolu həmkarı ilə görüşdü

12:13

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında ikitərəfli görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti nəzərdən keçiriblər.

Qarşılıqlı yüksək səviyyəli səfərlərin, o cümlədən Monteneqro Prezidenti Yakov Milatoviçin səfərinin ikitərəfli siyasi dialoqun davamlılığının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Ticarət əlaqələrinin genişləndirilməsinin, investisiyaların təşviqinin, biznesdən-biznesə əlaqələrin gücləndirilməsinin və birgə layihələrin irəlilədilməsinin vacibliyi qeyd olunub. Tərəflər İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından səmərəli istifadə edilməsinin önəmini vurğulayıblar.

Humanitar əməkdaşlıq, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz hissəsi kimi dəyərləndirilib. Hər iki tərəf bu sahələrdə mübadilələrin genişləndirilməsini məmnunluqla qarşılayıb.

Nazirlər, həmçinin BMT, ATƏT və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığı müzakirə edib, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davam etdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Bununla yanaşı, regional məsələlərə də toxunulub

Ceyhun Bayramov həmkarını Azərbaycan ilə Ermənistan arasında normallaşma və dayanıqlı sülhə nail olmaq istiqamətində görülən işlər barədə məlumatlandırıb.

Tarix
2025.12.20 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla