Yuxarı

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

21:08

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla özbəkistanlı həmkarı Bəxtiyar Saidov arasında telefon danışığı aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbyacan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Nazirlər cari ildə olduğu kimi, növbəti ildə də ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduqlarını bildiriblər.

Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıblar.

Tarix
2025.12.29 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla