Yuxarı

Gültəkin Hacıbəyli Bakıda: niyə həbs olunmadı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gültəkin Hacıbəyli Bakıda: niyə həbs olunmadı?

Xəbər verdiyimiz kimi, Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylini Türkiyə Azərbaycana deport edib. Lakin o, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıb.

Sözügedən məsələylə bağlı Axar.az-a danışan beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev bildirib ki, bir insanı istintaqa cəlb etmək üçün onu saxlamaq, həbs etmək şərt deyil.

“Şəxsin saxlanılması üçün bununla bağlı ayrıca qərar verilməlidir. Tam mümkündür ki, Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycanın istəyi ilə deport olunsun, amma Bakıya çatarkən onun saxlanılması vacib deyil. Çünki şübhəli şəxs haqqında həbs qətimkan tədbirinin tətbiq edilməsi zəruri deyil. Ola bilsin ki, şahid qismində istintaqa cəlb olunub”, - o bildirib.

Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev oktyabr ayında dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd maddələri ilə ev dustaqlığına məhkum edilib. Hazırda DTX-də davam edən istintaq işində Gültəkin Hacıbəylinin də adı hallanır.

Tarix
2026.02.12 / 13:12
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla