Yuxarı

Sülh seçkilərə qədər imzalanacaq? - Əliyev nöqtə qoydu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh seçkilərə qədər imzalanacaq? - Əliyev nöqtə qoydu

Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində Ermənistanla sülh sazişinin Paşinyanın istədiyi kimi, seçkidən öncə - kostitusiyaya dəyişiklik olmadan imzalanması perspektivinə aydınlıq gətirib.

Prezident bildirib: “Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq”.

Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin seçkilərə qədər imzalanmasını gündəliyinə daxil edib. Rəsmi İrəvan konstitusiyaya dəyişikliklə bağlı referendumu isə seçkilərdən sonra keçirmək niyyətindədir və iddia edir ki, bu dəyişiklik olmadan sülh sazişini imzalamaqda heç bir problem yoxdur. Paşinyan sülh sazişini imzalamaqla seçkidə əlini gücləndirməyi planlaşdırır, lakin konstitusiya dəyişmədən bunun olması risklidir. Prezident İlham Əliyev də şərtlər yerinə yetirilmədən müqavilənin imzalanmasının Bakının gündəliyinə daxil olmadığını bir daha bəyan etdi.

Tarix
2026.02.14 / 11:38
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla