Yuxarı

Ermənistanda bu şəxslər müharibəyə can atır - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda bu şəxslər müharibəyə can atır - Ekspert

Hazırda aparılan reytinq sorğuları əsasən Nikol Paşinyan blokunun öndə olduğunu göstərir. Bununla belə, Samvel Karapetyan tərəfdarlarının da kifayət qədər səs toplaya biləcəyi görünür. Digər tərəfdən, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın prosesdə aktiv olduğu görünür. Lakin vəziyyət hələ tam aydın deyil və hər an dəyişə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyəti şərh edərkən deyib.

Politoloq bildirib ki, Paşinyan sülh və iqtisadi inkişafla bağlı vədlər versə də, hələ yekun sülh müqaviləsinin imzalanmaması və əhalinin sosial-iqtisadi gözləntilərinin tam qarşılanmaması onun mövqeyinə təsir edə bilər:

“Ermənistan daxilində sosial narazılığın artmasına səbəb ola biləcək əsas amillərdən biri də Rusiya ilə qaz qiymətləri ətrafında yaranmış fikir ayrılığıdır. Qiymət artımı baş verərsə, bu, birbaşa seçki mühitinə təsir göstərə bilər.

Ümumilikdə Azərbaycan üçün ən əlverişli ssenari Paşinyan hakimiyyətinin davam etməsi və sülh prosesinin irəliləməsidir. Çünki digər qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə revanşist meyillərinin güclənib-güclənməyəcəyi qeyri-müəyyəndir. Müxalif düşərgədə səslənən bəzi fikirlər onların sülhə daha sərt və məsafəli yanaşa biləcəyini göstərir. Xüsusilə Karapetyan tərəfdarlarının yaydığı bəzi materiallarda Qarabağın yenidən Ermənistanın tərkibində göstərilməsi bu niyyətlərin səmimiliyini şübhə altına alır”.

Ekspert əlavə edib ki, digər mühüm faktor Rusiyanın rolu ilə bağlıdır:

“Rusiyanın xaricdə yaşayan öz vətəndaşlarını qorumaq adı ilə müdaxilə imkanlarını genişləndirən yeni qanun qəbul etməsi müəyyən narahatlıqlar doğurur və seçki ərəfəsində təhlükəli ab-hava yaradır. Belə ki, Rusiya vətəndaşı olan və ya Rusiya ilə əlaqəli fiqurların, o cümlədən Karapetyanın önə çıxması əlavə risklər yaradır. Bu baxımdan, əgər Karapetyan təhlükə ilə üzləşərsə, Rusiyanın bunu bəhanə edərək Ermənistana müdaxilə edib-etməyəcəyi və ya bu qanunun siyasi təzyiq məqsədi daşıyıb-daşımadığı açıq sual olaraq qalır”.

Qeyd edək ki, Ermənistanda 7 iyun parlament seçkiləri ərəfəsində rusiyalı oliqarx Samvel Karapetyanın təbliğatı kəskin artıb, eyni zamanda, Rusiya da onun müdafiəsinə qoşulduğunu gizlətmir.

Tarix
2026.04.17 / 07:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

Qara şəhər əvəzinə Ağ şəhəri görə bilərsiniz - Əliyev

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

İlham Əliyevlə Vuçiçin səmimi - Fotoları

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla