Yuxarı

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Nazirlər Avropanın sabit və təhlükəsiz Cənubi Qafqazda strateji marağının olduğunu vurğuladılar. Ermənistan-Azərbaycan sülh prosesindəki irəliləyiş region üçün real fürsətdir və Avropa Birliyi (AB) dəstəyini əhəmiyyətli dərəcədə artırır.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O, nazirlərin Ermənistan üçün yeni AB vətəndaş missiyası yaratmaq barədə razılığa gəldiklərini bildirib. Kallasın fikrincə bu, ölkələrin kütləvi dezinformasiya kampaniyalarına və kiberhücumlara qarşı dayanıqlığını gücləndirəcək.

“Ermənilər iyun ayında seçkilərə gedəndə öz gələcəklərini yalnız özləri seçməlidirlər. Həmçinin, İrəvanın may ayında dərinləşən tərəfdaşlığımızın sübutu olacaq ilk birgə sammitə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik”, - diplomat əlavə edib.

Kallas Azərbaycanın da enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qaldığını vurğulayıb:

“Biz əlaqələrimizi dərinləşdirmək istəyirik və tezliklə yeni ikitərəfli əməkdaşlıq müqaviləsi üzrə danışıqları bərpa edəcəyik”.

Kallas Gürcüstanla əlaqələr haqda da fikirlərini bölüşüb:

“Gürcüstan demokratik geriləməni geri çevirmək istiqamətində heç bir əlamət göstərmir. Nazirlərin açıq mesajı belə idi ki, Gürcüstan kursunu dəyişməlidir. Əlbəttə ki, insan hüquqları dialoqunda həqiqi iştirak, kursu dəyişdirmək istədiklərinin göstəricisi olardı”.

Tarix
2026.04.21 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla