Yuxarı

Putindən AP-nin şok qətnaməsinə münasibət

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb toplumunun demokratiya anlayışında problem var.

Axar.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Avropa Parlamentində (AP) rus KİV-lərinə qarşı qəbul edilən qətnaməyə münasibət bildirərkən deyib.

"Əgər həqiqətən də belə bir qərar qəbul edilibsə, deməli, Qərbin demokratiya anlayışında problem mövcuddur. Bizə demokratiyanı öyrətməyə çalışdılar və hələ də buna davam edirlər. Demokratiya müəllimlərindən nəyəsə qadağa qoyulmasının ən yanlış yol olduğunu, bunun demokratik norma və prinsiplərə uymadığını eşitdik. Biz sonunda hər hansı məhdudiyyətin tətbiq edilməməsini arzulayırıq", - Kreml rəhbəri bildirib.

Qeyd edək ki, Avropa Parlamenti üçüncü tərəfin təbliğatına qarşı fəaliyyət haqqında qətnamə qəbul edib. Qətnamədə Rusiya və İŞİD təbliğatı Avropa Birliyi ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarına qarşı təhdid kimi qəbul edilir. Həmçinin AP Rusiyanın AB ölkələrindəki müxalifət partiyalarına və təşkilatlara maliyyə dəstəyi göstərdiyini qeyd edib.

Tarix
2016.11.23 / 23:38
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

İƏT Ermənistana çağırış etdi

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla