Yuxarı

Uyğur liderlə bağlı Ərdoğana məktub: Tələdir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uyğur liderlə bağlı Ərdoğana məktub: Tələdir

Azad Şərqi Türküstan Platforması Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayaraq Şərqi Türküstan İslam Partiyasının qurucusu Əbdülqadir Yapcanın Çinə təhvil verilməməsini istəyib.

Axar.az xəbər verir ki, məktubda Yapcanın terrorçu adlandırılmasının tamamilə fərziyə olduğu bildirilib.

“Bütün bunlar Çinin tələsidir. Bu iddia tamamilə yalandan ibarət olub, uyğur türklərini bütün dünyanın, hətta Türkiyənin belə gözündə alçaltmaq məqsədi daşıyır”, - məlumatda bildirilib.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Çinin qırmızı bülletenlə axtarışa verdiyi Şərqi Türküstan İslam Partiyasının qurucusu Əbdülqadir Yapcanın Türkiyədən qovulmaması haqqında qərar qəbul edib.

Çin Yapcanı 1996-1997-ci illər ərzində ölkə əleyhinə terror fəaliyyəti ilə məşğul olmaqda günahlandırır. Yapcan 2001-ci ildən Türkiyədə yaşayır.

Tarix
2016.12.01 / 21:19
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla