Yuxarı

Əli Əhmədov: "Bu dəyişiklik olmayacaqsa..."

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əhmədov: "Bu dəyişiklik olmayacaqsa..."

Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlar hazırkı status- kvonunun qorunub saxlanmasına xidmət edir. Ermənistan bununla münaqişənin həllini mümkün qədər ləngitməyə çalışır. Lakin Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq prinsiplər və hüquq normaları əsasında gec-tez həll olunacaq. Əks halda, münaqişənin həlli üçün Azərbaycan öz imkanlarından istifadə edəcək.

APA-nın xəbərinə görə, bu sözləri baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyinə toxunan Ə. Əhmədov bildirib ki, istənilən münaqişənin həllində vasitəçilik edən ölkələr tərəfsiz olmalıdır:

“Amma təəssüf ki, ATƏT-in Minsk Qrupu ölkələri ilə bağlı bunu demək çətindir. Əlbəttə, mən ATƏT-in Minsk Qrupunun fəaliyyətini heçə endirmək istəməzdim. Amma reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı onların 20 illik fəaliyyətində heç bir nəticə yoxdur. Belə olan halda qrupun fəaliyyətində kardinal dəyişiklik tələb olunur. Bunun hansı formada olmasını deyə bilmərəm. Amma bu dəyişiklik olmayacaqsa, Azərbaycanda belə bir sual yaranacaq: ATƏT-in tərkibində qalmağa və yaxud Minsk Qrupunun bundan sonrakı fəaliyyətinə ehtiyac varmı? Bu sual bizi düşündürəcək”.

Tarix
2016.12.10 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla